Qarabağda münaqişə Rusiyanın həlledici töhfəsi hesabına dayandırılıb. Bu barədə RF prezidenti Vladimir Putin bəyan edib.
“Dağlıq Qarabağda münaqişə Rusiyanın həlledici töhfəsi vaistəsilə dayandırılıb. Rusiya sülhməramlıları bölgədə sülh və təhlükəsizliyin etibarlı qarnatıdır, humanitar vəziyyətin yaxşılaşması, ərazilərin minalardan təmizlənməsi, sosial infrastrukturun bərpasəı üçün çox işlər görürlər”, - Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransının iştirakçıları və qonaqlarına müraciətində bəyan edib. **