Azərbaycan tərəfinin təşəbbüsü ilə RF prezidenti Vladimir Putin ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat verir.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağa dair 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli razılıqlarının icrasının praktiki aspektləri nəzərdən keçirilib. Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli formatda işlərin aktivləşməsinə xüsusi diqqət ayrılıb”, - məlumatda qeyd olunur.
Bildirilir ki, Putin və Əliyev ikitərəfli gündəliyin cari məsələlərinin müzakirəsi zamanı “Rusiya-Azərbaycan strateji tərəfdaşlığın gələcəkdə möhkəmlənməsinə qarşılıqlı marağı təsdiq ediblər”.
Mətbuat xidmətindən əlavə olunub ki, təmasların müxtəlif səviyyələrdə davam etdirilməsinə dair razılıq əldə olunub. **
Условлено