Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarını ölkədə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, sənaye zonalarına investisiya yatırmağa dəvət edir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Bakıda Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri arasında görüş keçirilib.
“Görüşdə qısa müddətdə Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsi barədə razılığa gəlinib”, - deyə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.
Cabbarov rəqəmsal iqtisadiyyat, nəqliyyat-tranzit, alternativ enerji, kiçik və orta biznes, aqrar, turizm və s. sahələr üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
O, 2021-ci ilin yanvar-may aylarında Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsinin 41%, ixracın isə 40% artdığını diqqətə çatdırıb.*
B.Rüstəmbəyov