Prezident İlham Əliyev Şuşa şəhərinin azad edilməsində fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5,784 min hərbi qulluqçusu (120 nəfər ölümündən sonra) “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.*
X.Nəsirzadə