Azərbaycan, Türkiyə və Pakistan Silahlı Qüvvələrinin xüsusi bölmələri birgə təlimlər keçirəcək. Bu arədə müdafiə naziri Zakir Həsənov bəyan edib.
“Azərbaycan, Türkiyə və Pakistan SQ-nin xüsusi bölmələri birgə təlimlər keçirəcək. Bununla əlaqədar qərar artıq qəbul olunub”, - Həsənov Real TV telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, təlimlər cari ilin sentyabr ayında keçiriləcək.
“Hazırda ekspert qruplarından biri Azərbaycandadır və təlimlərin keçiriləcəyi ərazini yoxlayır”, - nazir deyib. **
B.Rüstəmbəyov