2021-ci ilin yanvar-may aylarında vergi daxilolmaları 3 milyard 810,6 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 7,5% artıb. Bu barədə Dövlət Vergi Xidmətinin (DVX) məlumatında deyilir.
Vergi daxilolmaları üzrə 5 aylıq proqnoz 127,1% səviyyəsində icra olunub, proqnozdan əlavə 812,9 milyon manat vəsait daxil olub.
Yanvar-may aylarında qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 72,3% olub. Vergi daxilolmalarının 27,7%-i neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 2 milyard 754 milyon manat (artım 10,5%) təşkil edib, proqnoz 120,7% icra olunub. Neft-qaz sektoru üzrə daxilolmalar isə 1 milyard 56,6 milyon manat məbləğində olub.
2021-ci ilin yanvar-may aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 530,7 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% artıb. 5 aylıq proqnoz 111% səviyyəsində icra olunub. İşsizlikdən sığorta üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1% artaraq 52,4 milyon manat təşkil edib, 5 aylıq proqnoz 109,6% səviyyəsində icra olunub.*
Ə.Məmmədov