Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) iyulun 1-dən etibarən Azərbaycanın daha 11 müəssisəsinə Rusiyaya pomidor ixrac etməyə icazə verib. Bu barədə “Rosselxoznadzor”un məlumatında deyilir.
Qərar birgə video-müayinələr zamanı seçilən məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.
Müəssisələrin siyahısı “Rosselxoznadzor”un saytında dərc olunub.
Beləliklə, Azərbaycanın 152 müəssisəsi Rusiyaya pomidor ixrac edə bilər.*