2021-ci ilin yanvar-may aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 144,8 milyon manatlıq ($85,17 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə əməliyyatların həcmi 43,3% azalıb.
Yanvar ayında aparılan əməliyyatların həcmi 25 milyon manat, fevral ayında 25,5 milyon manat, mart ayında 33,4 milyon manat, aprel ayında 28,3 milyon manat, may ayında 32,6 milyon manat təşkil edib.
2020-ci ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 430,2 milyon manat ($253,1 milyon) təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 65,8% azdır. Bu azalma koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərlə şərtlənib.*
B.Rüstəmbəyov