Azərbaycanın hərbi pilotları “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimlərində şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları icra ediblər. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaqla, onun yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları icra ediblər”, - deyə məlumatda bildirilir.
Azərbaycanın hərbi pilotları peşəkarlıq nümayiş etdirərək, qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.*
E.Şəfiyev