Danimarka yığması bu gün AVRO-2020-də 1/4 final mərhələsinin oyununda Çexiya komandasına qalib gəlib. İlk qolu oyunun 5-ci dəqiqəsində Tomas Dileyni, ikinci qolu isə 42-ci dəqiqədə Kasper Dolberq vurub.
Yarımfinalda danimarkalıların rəqibi bu gün Romada baş tutacaq İngiltərə - Ukrayna qarşılaşmasının qalibi olacaq. Yarımfinal iyulun 7-də Londonda keçiriləcək.*