Kipr Respublikasının Səhiyyə Nazirliyi COVİD-19-a görə epidemioloji vəziyyət nöqteyi-nəzərindən dünya ölkələrinin rəng kodifikasiyasına dəyişikliklər edib.
Hazırda Kiprdə epidemioloji vəziyyət nöqteyi-nəzərindən dünya ölkələrinin 4 rəng kodifikasiyası tətbiq olunur: “yaşıl”, “narıncı”, “qırmızı” və “boz”.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, Kipr hökumətinin qərarına əsasən, Azərbaycan “boz” zonadan dərhal “narıncı” zonaya keçirilib (“narıncı” zonaya aşağı mümkün risk, lakin “yaşıl” zona ilə müqayisədə, daha çox qeyri-müəyyənlik səviyyəsinə olan ölkələr daxildir).
Bu dəyişikliklər iyulun 8-dən qüvvəyə minir. **
E.Şəfiyev