Azərbaycan prezidenti İlham Əliyev Şəmkir və Tovuz rayonlarında 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılmasına dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,4 milyon manat ayırmağı tapşırıb.
Bu addım Şəmkir və Tovuz rayonlarının əhalisi 105,153 min nəfər olan 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə atılır.
Vəsait “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
Əliyev çərşənbə günü müvafiq sərəncam imzalayıb, sənəd dövlət başçısının saytında dərc olunub. **
E.Şəfiyev