Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 9-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyulun 9-na manatın avroya nisbətən rəsmi məzənnəsi 2,0122 manat/1EUR səviyyəsində (iyulun 8-nə 2,0049 manat/1EUR) müəyyən edilib.
AMB iyulun 9-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0228 manat/1RUB səviyyəsində müəyyən edib (iyulun 8-nə - 0,0227 manat/1RUB)..**
X.Nəsirzadə