2020-ci ilin sonuna Azərbaycanda təsdiq olunmuş neft ehtiyatları 1 milyard ton (7 milyard barrel) həcmində qiymətləndirilir. Bu barədə BP şirkətinin icmalında qeyd olunur.
“İnterfaks-Azərbaycan”ın əldə etdiyi icmala əsasən, təsdiq olunan dünya neft ehtiyatlarının ümumi həcmindən 0,4% Azərbaycanın payına düşür. Həmçinin, 2019-cu ilin sonuna ölkədə neft ehtiyatları 1 milyard ton həcmində qiymətləndirilib.
Şirkətin məlumatına göər, 2020-ci ildə Azərbaycanda neft hasilatı 35,1 milyon ton (azalma 7,6%) təşkil edib. Ötən il Azərbaycanda kondensat daxil olmaqla orta gündəlik neft hasilatı 702 min barrel təşkil edib (azalma 7,9%).
BP qeyd edir ki, 2020-ci ilin yekunları üzrə təsdiq olunmuş dünya neft ehtiyatları 2019-cu ilin sonuna 1 milyard 734,8milyon barreldən 2,4 milyard barrel (azalma 0,1% - İF) – 1 trilyon 732,4 milyard barrelə qədər azalıb (244,4 milyard ton).
Hesabata əsasən, dünyada ən iri neft ehtiyatları ölkələr Venesuela (303,8 milyard barrel), Səudiyyə Ərəbistanı (297,5 milyard barrel), Kanada (168,1 milyard barrel), İran (157,8 milyard barrel), İraq (145 milyard barrel), Rusiya (107,8 milyard barrel) qalır. **
N.Abbasova