Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 15-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyulun 15-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 2,0117 manat/1EUR səviyyəsində (iyulun 14-nə 2,0029 manat/1EUR) müəyyən edilib.
AMB iyulun 15-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0229 manat/1RUB səviyyəsində saxlayıb.**
X.Nəsirzadə