2021-ci ilin I yarısında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 7,9% - 5 milyard 919,4 milyon manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
I yarımillikdə Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 54,4%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövründə mədənçıxarma sənayesinə investisiya qoyuluşları 2 milyard 362,1 milyon manat (azalma 13,3%) təşkil edib.
Emal sənayesinə 746,0 milyon manat (artım 47,5%) həcmində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə investisiya qoyuluşları 97,3 milyon manat (azalma 27%) məbləğində olub.
Nəqliyyat və anbar təsərrüfatı sahəsinə 786,2 milyon manat (artım 10,7%), rabitə və informasiya sahəsinə 48,5 milyon manat (azalma 43,5%), dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 83 milyon manat (azalma 36%), təhsil sahəsinə 72,5 milyon manat (azalma 2%), tikinti sahəsinə 1 milyard 184,6 milyon manat (azalma 9,4%), kənd təsərrüfatı sahəsinə 133,2 milyon manat (azalma 25,7%), maliyyə və sığorta sahəsinə 11,9 milyon manat (azalma 35,7%) investisiya qoyuluşu həyata keçirilib.*
E.Şəfiyev