16.07.2021 16:19

Rusiyalı diplomat Qarabağ ətrafındakı proseslərdə ATƏT-in rolundan danışıb

Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç Cənubi Qafqazda davamlı siyasi və iqtisadi gələcəyin qurulması üçün zəminin yaradılmasında ATƏT-in bundan sonra da köməklik göstərməsini zəruri hesab edir.

“Cənubi Qafqaz regionunda vəziyyətin ağır olduğunu nəzərə alaraq, Dağlıq Qarabağ probleminin həllinə köməklik göstərilməlidir. Regionda vəziyyətin normallaşdırılması, kəskin humanitar məsələlərin həlli və davamlı siyasi və iqtisadi gələcəyin qurulması üçün zəmin yaradılmalıdır. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020 və 2021-ci illərdə imzaladıqları üçtərəfli bəyanatlar da bu yolu göstərdi”, - deyə Lukaşeviç ATƏT-in Daimi Şurasının iclasında bildirib.

Lukaşeviçin çıxışı Rusiya XİN-in saytında dərc olunub.

O qeyd edib ki, RF ATƏT-in bundan sonra da regional münaqişələrin həllinə dinc diplomatik vasitələrlə töhfə verəcəyinə ümid edir. “Bunun üçün bütün alətlər var”, - deyə rusiyalı diplomat əlavə edib.*

A,Əzizov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.