17.07.2021 13:13

I yarımillikdə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 64%, kapital qoyuluşu 26% azalıb

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 927,1 min kvadratmetr təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 64,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Cari ilin yanvar-iyun ayları ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 469 milyon manat (azalma 26,1%) təşkil edib.

2020-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 4 milyon 957,2 min kvadratmetr təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 47,6% azdır.

2020-ci il ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 1 milyard 367,3 milyon manat (artım 2,9%) təşkil edib.*

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.