Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması məsələləri müzakirə edilib.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu mövzu onun Ermənistanın baş naziri ilə görüşü zamanı da müzakirə olunub.
“Öncə bu barədə düşünmək lazımdır”, - deyə Mişel qeyd edib.
Aİ Şurasının Prezidenti vurğulayıb ki, Aİ bu məsələdə müsbət rol oynamağa, öz təcrübəsini paylaşmağa və ideyalar verməyə hazırdır.*