Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko iyulun 20-də ATƏT-in Minsk Qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi ilə bölgədəki vəziyyəti müzakirə edib.
“Görüş zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalar nəzərə alınmaqla, Dağlıq Qarabağ nizamlanmasının aktual məsələləri müzakirə olunub”, - deyə RF XİN-dən bildiriblər.*
N.Abbasova