22.07.2021 13:15

COVID-19 səbəbindən yanvar-iyun aylarında Azərbaycanda əczaçılıq məhsullarının satışı 1,4 dəfəyə qədər artıb

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istehlakçılar ümumilikdə 433,9 milyon manat məbləğində (cari məzənnə ilə $255,2 milyon – İF) əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından gəlirlər 2,2% təşkil edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından əldə edilən gəlirlər 35,2% artıb.

Azərbaycanda əczaçılıq məhsullarının satışının artımı COVID-19 infeksiyası ilə əlaqədardır.

Ötən il respublikada əczaçılıq məhsullarının pərakəndə satış həcmi 528,1 milyon manat ($310,6 milyon) təşkil edib.*

N.Abbasova


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.