Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycana səfər edəcək.
Türkiyə mətbuatının məlumatına görə, Şentop iyulun 27-də keçiriləcək Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin ilk üçtərəfli görüşündə iştirak edəcək.
Görüşün yekunlarına dair Bakı bəyannaməsinin imzalanması gözlənilir.
Bundan başqa, Şentopun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü planlaşdırılır. **
A.Salayeva