Çərşənbə axşamı Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında Bakı Bəyannaməsi imzalanıb.
Sənədi Milli Məclis sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar.
İmzalanma mərasimində Qafarova vurğulayıb ki, Bakı Bəyannaməsi üç ölkə arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək.
O, həmçinin bildirib ki, Bəyannamə parlametlərarası dialoqun, o cümlədən, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsini, qarşılıqlı maraq kəsb edən, sülh və təhlükəsizliyin möhkəmlənməsi məsələləri ilə bağlı beynəlxalq meydançalarda vahid mövqedən çıxışı nəzərdə tutur. **
R.Əhmədov