Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindənməlumat verilib.
“İyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Bundan əlavə, mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb”, - məlumatda qeyd olunur.
MN-dən vurğulanıb ki, qarşı tərəf cavab atəşi ilə susdurulub.
“Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - MN-dən qeyd edilir. **
N.Abbasova