Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan KTMT-yə Ermənistan-Azərbaycan sərhədi boyu monitorinq missiyasını yerləşdirməyi təklif edib.
“KTMT-nin üzvü olaraq, sentyabrın 16-dan Təşkilatın sədri olacaq Ermənistan, KTMT-nin təhlükəsizliyinə əhlükə yaratmamaq, müttəfiq ölkələri hərbi əməliyyatlara cəlb etməmək məqsədilə, öz məsuliyyətini anlayır. Mən Ermənistan silahlı qüvvələri tərəfindən hər hansı təxribatı rəsmi olaraq istisna edirəm. Hesab edirəm ki, Ermənistan vəAzərbaycan tərəfindən qarşılıqlı ittihamların gerçəkliyini aydınlaşdırmaq üçün KTMT-nin monitorinq missiyasının Ermənistan-Azərbaycan sərhədi boyu yerləşdirilməsi həllərdən biri ola bilər”, - Paşinyan cümə axşamı hökumətin iclasında bildrib.
Onun sözlərinə görə, Ermənistan üçün KTMT çərçivəsində bu cür missiyanın həyata keçirilməsinin mümkünsüzlüyü şəraitində beynəlxalq ictimaiyyəti tərəfindən, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə qəbul olunmuş digər formatlar məqbul ola bilər. **