Dövlət TurizmAgentliyi“Azərbaycanda yəhudi irsi” turizm marşrutu hazırlayıb. Bu barədəDTA-nın sədriFuadNağıyev bəyan edib.
Cümə axşamı Tel-Əvivdə Azərbaycan Turizm Nümayəndəliyinin açılışı olub.
Açılış mərasimində Nağıyev bəyan edib ki, Azərbaycanda tarixi yəhudi irsinin qorunması və turizm potensialının inkişafı mqəsədilə DTA tərəfindən bir sıra işlər həyata keçirilir. “Xüsusilə Agentlik tərəfindən "Azərbaycanda yəhudi irsi" turizm marşrutu hazırlanıb, həmçinin İsrailin Azərbaycandakı Səfirliyi ilə birlikdə ölkəmizin şimal hissədində yerləşən Qırmızı qəsəbədə dağ yəhudilərinin sıx yaşadığı ərazidə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi istiqamətində addımlar atılır”, - İqtisadiyyat Nazirliyi qeyd edir.
Həmçinin tədbir çərçivəsində Azərbaycanın iqtisadi və turizm potensialı haqqında təqdimat keçirilib. **
E.Şəfiyev