Azərbaycan və Türkiyənin ikitərəfli münasibətlərinin inkişafı regionda sabitlik mühitinə təsir etməməlidir. Bu barədə RF prezidentinin mətbuat katibi dmitri Peskov bəyan edib.
“Azərbaycan və Türkiyə ikitərəfli əlaqələri inkişaf etdirir. Bu onların suveren işidir. Bunun regionda sabitlik və proqnozlaşdırma mühitinə mənfi təsir etməməsi vacibdir. Bununla əlaqədar biz həm Türkiyə, həm də Azərbaycan tərəfdaşları ilə müntəzəm təmasdayıq”, - Peskov cümə axşamı jurnalistlərə bildirib.
Pekovdan xahiş ediblər ki, Türkiyə və Azərbaycanın “Türk Ordusu” yaratmaq planlarını şərh etsin və bu ideyanın Kremli narahat edib-etməməsi ilə bağlı sual ünvanlayıblar.
“Türkiyə və Azərbaycan prezidentlərinin bununla əlaqədar hər hansı ifadələri bizə məlum deyil” – Peskov deyib. **