Prezident İlham Əliyev “İsmayıllı rayonunun Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 5,6 milyon manat ayrılır.
Vəsait Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulan dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.*
E.Şəfiyev