Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) avqustun 3-dən Azərbaycanın 34 müəssisəsi və 1 kooperativindən pomidor idxalına icazə verib.
Qərar birgə video-yoxlamalar zamanı götürülən nümunələrin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında verilib.
Beləliklə, hazırda 187 Azərbaycan müəssisəsi Rusiyaya pomidor ixrac etmək hüququna malikdir.*