Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 2-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 2-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 2,0183 manat/1EUR səviyyəsində (iyulun 30-na 2,0193 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 2-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0232 manat/1RUB səviyyəsində saxlayıb. **
N.Abbasova