Azərbaycan prezidenti İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində Gəncə, Ağdam, Goranboy və Tərtər rayonlarında zərər vurulmuş məktəblərdə təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Təhsil Nazirliyinə ilkin olaraq 7 milyon manat vəsait ayrılır.
Vəsait Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundanayrılacaq.
Müvafiq sərəncam çərşənbə günü dövlət başçısının saytında dərc olunub. **
X.Nəsirzadə