Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 162 əməkdaşı və 40 yanğınsöndürmə maşını Gürcüstan ərazisindən keçərək Türkiyə ərazisinə daxil olub. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə günü mətbuat konfransında bildirib.
“Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, bu gün axşam saatlarında 200 nəfər yanğınsöndürən təyyarə ilə Dalaman rayonuna çatdırılacaq”, - Çavuşoğlu bəyan edib.
Xatırladaq ki, cümə günü Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığı zamanı əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də göndərilməsini təklif etdi və beləliklə, Azərbaycandan olan yanğınsöndürən heyətin sayının 710 nəfərə çatdırılacağını dedi. **
E.Şəfiyev