Azərbaycana Ermənistanla yeni müharibə lazım deyil. Bunu Prezident İlham Əliyev deyib.
“Biz artıq öz tarixi missiyamızı yerinə yetirdik. Bizə yeni müharibə lazım deyil”, - deyə dövlət başçısı “CNN Türk” kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanın Qarabağa, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərə öz hərbçilərini göndərdiyini görür. “Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı. Bizim Müdafiə Nazirliyi bir neçə gün əvvəl rəsmi açıqlama verdi. Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik”, - deyə İ.Əliyev vurğulayıb.*
A.Əzizov