Bazar ertəsi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasına səfərə yola düşüb. Bu barədə MN-dən məlumat verilir.
Məlumata əsasən, Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvətilə İstanbul şəhərində keçiriləcək “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün İstanbulda səfərdə olacaq.
“Səfər çərçivəsində müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır”, - nazirlikdən vurğulanır. **
E.Şəfiyev