2021-ci ilin yanvar-iyul aylarında Azərbaycana $474 milyon 615,4 min dəyərində (artım 39,2%) 39,643 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal olunan avtomobillərin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 70,4% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $413 milyon 718,9 min dəyərində (artım 40,4%) 44,048 min ədəd avtomobil (artım 69,4%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $1 milyon 533,01 min dəyərində 44 ədəd elektrokar və $36 milyon 389,74 min dəyərində 5,879 min ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, yanvar-iyul aylarında ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $47 milyon 882,96 min dəyərində 3,198 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 98%), o cümlədən $7 milyon 961,86 min dəyərində 64 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 36%) gətirilib.
O cümlədən, hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $5 milyon 51,68 min dəyərində 64 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 16,9%) gətirilib.
2020-ci ildə Azərbaycana $647 milyon 596,79 min dəyərində 53,729 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.**
B.Rüstəmbəyov