“SOCAR Turkiye Enerji” şirkəti (SOCAR şirkətinin törəməsi) $1,3 milyard məbləğində sindikatlaşdırılmış kredit cəlb edib.
“Sindikatlaşmanın lead-menecerləri qismində Citi bank və JP Morgan çıxış edib. Pandemiya dövründə və davam edən qlobal qeyri-müəyyənlik şəraitində bu cür iki məbləğdə sindikatlaşdırılmış kredit cəlb etməklə “SOCAR Turkiye Enerji” şirkəti bir daha beynəlxalq bazarlarda güclü mövqelərini təsdiq etdi”, - “İnterfaks-Azərbaycan” Türkiyə mətbuatına istinadən məlumat verir.
Vəsait SOCAR-ın zəmanəti ilə 5 il müddətinə verilib və “SOCAR Turkiye Enerji”nin borc öhdəliklərinin təkrar maliyyələşdirilməsinə yönəldiləcək. **
N.Abbasova