“RDY Logistika” SC (“RDY” ASC-nin strukturu), Finlandiyanın logistika operatoru “Nurminen Logistics” və ADY Container MMC (“Azərbaycan Dəmir Yolları”nın törəməsi) “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə Finlandiyadan Hindistana multimodal servisi sınaqdan keçiriblər.
“İlk konteyner vaqonu iyunun 21-də Vuosaari stansiyasından (Finlandiya) yola düşüb, Rusiyadan tranzitlə keçib və iyunun 26-da Azərbaycanın Astara stansiyasına təhvil verilib”, - Rusiyanın korporativ nəşri yazır və əlavə edib ki, vaqon 6 sutka hərəkət edib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Daha sonra Astara stansiyaslndan konteynerlər İranın Bender-Abbas limanına çatdırlıb və dəniz ilə Hindistanın Nava Şeva limanına göndərilib.
Finlandiyadan konteynerlərin daşınması üçün vaqonlar ADY Container tərəfindən təqdim olunub. “Qudok” nəşri Azərbaycan operatorunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Balaxan Nəzərovun sözlərinə istinadən məlumat verib.
“Operatorlar yola salınmanın uğurlu olduğhjnu etiraf ediblər”, - nəşr qeyd edir.
“Hazırda biz marşrutu müntəzəm etməklə bağlı variantı nəzərədən keçiririk”, - Nəzərov bəyan edib. **