Sahibkarlığın İnkişafı Fondu (SİF) elektron kredit platformasının təkmilləşdirilməsinə 176 min manatdan artıq vəsait yönəldəcək
“İnterfaks-Azərbaycan” www.tender.gov.az saytının materiallarına əsasən məlumat verir ki, “Cybernet” publik şəxs ilə elektron kredit platformasının təkmilləşdirilməsi, texniki dəstək və miqrasiyası xidmətlərinə dair müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 176,472 min manatdır.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır.**
B.Rüstəmbəyov