NATO-nun baş katibi Yens Stoltenberq Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təminatı işinə vacib töhfəyə görə Azərbaycana minnətdarlığını bildirib.
“NATO üzrə müttəfiqlərin silahlı qüvvələrinə, xüsusilə Türkiyə, ABŞ və Böyük Britaniya, o cümlədən tərəfdaşımız olan Azərbaycana, Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təminatında həyati vacib rola görə minnətdarlığımı bildirmək istərdim”, - Stoltenberq cümə günü bəyan edib.
Xatırladaq ki, Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir. **
Elyaz Şəfiyev