Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat verir.
“Həmsöhbətlər regiondakı vəziyyəti və orada baş verən son hadisələri müzakirə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanması üçün Minsk qrupunun həmsədrlərinin himayəsi altında sülh prosesinin bərpasının zəruriliyini vurğulayıblar”, - məlumatda deyilir.
Qeyd olunur ki, Paşinyan regionda davamlı sülh və sabitliyin bərqərar olması ilə bağlı prezident Makronun səylərini yüksək dəyərləndirib.
Həmçinin, tərəflər Ermənistanla Fransa arasında ikitərəfli münasibətlər və bir sıra sahələrdə əməkdaşlığın dərinləşməsi perspektivlərinə toxunublar. **