23.08.2021 11:12

Gəncə Şəhər İcra Hakimiyyəti yaşayış binalarının tikintisinə 8,5 milyon manatdan çox vəsait yönəldəcək

Gəncə Şəhər İcra Hakimiyyəti qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlərin yerləşdirilməsi məqsədilə yeni yaşayış binalarının tikintisinə 8,5 milyon manatdan çox vəsait yönəldəcək.

“İnterfaks-Azərbaycan” agentliyinin www.tender.gov.az saytında dərc olunmuş materiallara istinadən verdiyi məlumata görə, “Alians” MMC ilə müvafiq müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət 249 mənzilli yeni yaşayış binaları inşa edəcək.

Müqavilənin dəyəri 8 milyon 506,646 min manatdır.*

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.