Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra rayonların təhsil müəssisələrində cari təmir işlərinin maliyyələşdirilməsi məqsədilə ümumilikdə 690,014 min manat məbləğində 3 müqavilə bağlayıb.
“İnterfaks-Azərbaycan” agentliyinin www.tender.gov.az saytına istinadən verdiyi məlumata görə, İdarə “TURAN.İ.O” MMC ilə Balakən rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması haqqında 294,164 min manatlıq müqavilə bağlayıb.
Bundan başqa, “ART-PROJE” MMC ilə Yevlax rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması haqqında müqavilə bağlanıb. Müqavilənin dəyəri 243,97 min manatdır.
“ELİTE CONSTRUCTİON” MMC ilə isə Oğuz rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması haqqında 151,88 min manatlıq müqavilə bağlanıb.*
E.Şəfiyev