Ermənistan 2020-ci ilin payızında Qarabağ müharibəsində real itkilərini gizlədir, Bakının məlumatına görə, həlak olanların sayı 7-8 min təşkil edir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Ermənistan öz itkilərini (2020-ci ilin payızında Qarabağda müharibədə - İF) gizlədir. Ancaq bizdə olan dəqiq məlumata görə ən azı 7-8 min itki vermişdir. Təkcə azad edilmiş torpaqlarda bu günə qədər davam edən axtarış əməliyyatları nəticəsində 1600-dən çox erməni işğalçının cəsədi tapılmışdır”, - - Əliyev cümə axşamı şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində bildirib.
Dövlət başçısı qeyd edib ki, payızda Qarabağda müharibədə Azərbaycan 3 minədək şəhid verib, nəzərə alsaq ki, biz əks hücum əməliyyatı keçirirdik.
«Nəzərə alsaq ki, 5-6 müdafiə xətti var, böyük mühəndis istehkamları var idi, təbii relyef bizim üçün əlverişsiz idi. Anlamaq olar ki, biz insanların sağlamlığını, həyatda qalmasını nə qədər düşünürdük və buna nail olduq”, - Əliyev vurğulayıb. **
E.Şəfiyev