“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Əlicançay su anbarının suvarma sahəsi (magistral və paylayıcı kanallar və meliorativ tədbirlər) ilə birlikdə texniki-iqtisadi əsaslandırılmasının hazırlanması işlərinin satın alınması haqqında müqavilə bağlayıb.
“İnterfaks-Azərbaycan” agentliyinin www.etender.gov.az saytına istinadən verdiyi məlumata görə, “Temelsu Beynelxalq Muhendislik Xidmetleri Anonim Shirketi” (Türkiyə) ilə 2 milyon 943,04 min manatlıq müvafiq müqavilə bağlanıb.*
B.Rüstəmbəyov