“Azərsu” ASC Ağdam şəhərinin içməli su mənbəyinin müəyyənləşdirilməsi məqsədi ilə yeraltı suların istismar ehtiyatının qiymətləndirilməsi üçün kompleks hidrogeoloji kəşfiyyat işlərinin podratçısını seçir.
Seçim açıq tender üsulu ilə aparılır.
Tenderdə iştirak haqqı 500 manatdır.
Tender təklifləri 28 sentyabr saat 18:00-dək qəbul olunur.
Təklif zərfləri 29 sentyabr saat 18:00-da açılacaq.*
B.Rüstəmbəyov