Azərbaycan 2021-ci ilin yanvar-iyul aylarında $1,4 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 30,5% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“Bu ilin 7 ayı ərzində şəkər ixracı 2,3 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2,4 dəfə, pambıq iplik ixracı 2,8 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 42% artıb”, - deyə məlumatda bildirilir.
2020-ci ildə Azərbaycan $1,9 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $4 milyarda yaxın təşkil edəcək.*
B.Rüstəmbəyov