Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.
Müdafiə naziri Zakir Həsənov müvafiq əmr imzalayıb.
MN-dən bildirilir ki, nazirliyin Mətbuat Xidmətinin rəisi vəzifəsi xidmətin rəis müavini vəzifəsinə təyin edilən polkovnik-leytenant Anar Eyvazova həvalə edilib. **
E.Şəfiyev