Sentyabrın 1-də Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Azərbaycanın xarici işlər naziri Xələf Xələfov arasında telefon danışığı baş tutub.
“Baş tutmuş fikir mübadiləsi zamanı ikitərəfli və regional gündəliyin aktual məsələlər kompleksi müzakirə olunub. Bura 2020-ci il 9/10 noyabr və 2021-ci il 11 yanvar tarixli Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılıqlarının reallaşdırılması daxildir”, - “İnterfaks-Azərbaycan” RF XİN-ə istinadən məlumat verir. **
R.Əhmədov