Azərbaycan 2021-ci ilin oktyabr-noyabr aylarında İsraildə və Qətərdə keçiriləcək turizm sərgilərində iştirak etməyi planlaşdırır.
Dövlət Turizm Agentliyi (DTA) 26-27 oktyabr tarixlərində İsrailin Tel-Aviv şəhərində və 16-18 noyabr tarixlərində Qətər dövlətinin Doha şəhərində keçiriləcək turizm sərgilərində DTA üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması ilə bağlı təkliflər sorğusu elan edib.
Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 16 sentyabr saat 18:00-dək qəbul olunur. Təklif zərfləri 17 sentyabr saat 12:00-da açılacaq.
Ünvan: Bakı şəhəri, Nizami küçəsi, 96Е, Landmark I, 3-cü mərtəbə. Telefon: (+99451) 229-60-15, əlaqələndirici şəxs – Mehman Bayamov. E-mail:mehman.bayramov@tourism.gov.az.*
X.Nəsirzadə