Sentyabrın 10-da Həştərxanda keçiriləcək Xəzər media-forumun iştirakçıları İran və Qazaxıstanın səfirləri, həmçinin Azərbaycanın nümayəndə heyəti olacaq. Bu barədə cümə günü Həştərxan qubernatorunun mətbuat xidməti məlumat verib.
“Forumun mövzusu – media məkanında turizm və etnik mədəni kommunikasiyalardır. Əsas proqram sentyabrın 10-na nəzərdə tutulur. Forumda ran və Qazaxıstanın səfirləri Kazım Cəlali və Ermek Koşerbayevin, Azərbaycandan nümayəndə heyətinin iştirakı gözlənilir. Türkmənistanlı həmkarlar onlayn rejimində çalışacaqlar”, - məlumatda deyilir.
Federal nazirlik və idarələrin, bir sıra RF subyektlərinin rəhbərləri, ictimai xadimlər və Xəzəryanı ölkəılərin ekspertləri foruma dəvət alıblar.
Forumun əsas tədbirlərindən biri “Sərhədsiz Xəzər” ən yaxşı jurnalist işi müsabiqəsinin finalı olacaq. Həmçinin, tədbir çərçivəsində diskussiya meydançaları fəaliyyət göstərəcək, plenar iclas keçiriləcək. **